Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2020 14:18
Bakı. Trend:
Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Rusiyadan böyük nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Trend Secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski məlumat verib.
O bildirib ki, nümayəndə heyətinə Rusiya Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları daxildir. “Bundan başqa, Rusiya daxil olduğu bir sıra beynəlxalq strukturların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının və digər təşkilatların tərkibində də seçkiləri müşahidə edəcək. Mən dəfələrlə Azərbaycanda həm prezident, həm də Milli Məclisə keçirilən seçkiləri müşahidə etmişəm. Əminəm ki, bu seçkilər də ədalətli keçiriləcək”, - deyə Slutski vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin