Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada mer özünü yandıran yarıçılpaq kişini xilas etdi - FOTO

Rusiyada mer özünü yandıran yarıçılpaq kişini xilas etdi - FOTO

Tarix: 16 Yanvar 2020 20:46

Rusiyanın İrkutsk vilayətinin Şeloxov şəhərində 32 yaşlı kişi icra hakimiyyətinin binasına gələrək, üzərinə yanacaq töküb yandırıb. Həmin vaxt orada olan şəhər meri Serqey Lipin ilk olaraq ona yardım edib və öz gödəkçəsi ilə alovu söndürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Lipinin sözlərinə görə, kişi alt paltarında olub.

İlkin məlumatlarda bildirilib ki, o, bədənin təxminən 70% yanıq xəsarəti ilə dərhal xəstəxanaya aparılıb. Hazırda kişinin vəziyyəti ağır qiymətləndirilir.

İstintaq Komitəsi Şeloxov sakininin heç bir tələb irəli sürmədiyini bildirib. Hadisə ilə bağlı araşdırmalar başlanılıb.

Milli.Az


Etiketlər:  Rusiyada mer özünü yandıran yarıçılpaq kişini xilas etdi FOTO


RƏYLƏR