Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 08:54
ABŞ, Yaponiyanın Okinava adasındakı "Kadena" Hərbi Hava Qüvvələri avia bazasına nüvə silahı sınaqlarından yaranan radioaktiv çirklənmələri aşkarlayan "WC-135W Constant Phoenix" radiotexniki dəstək təyyarəsini yerləşdirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, ABŞ-ın bu təyyarəni Yaponiyaya göndərməsi, Koreya yarımadasında gərginliyin artması fonunda, KXDR-nın nüvə fəaliyyətini izləməyi gücləndirmək üçün bir addımdır.
Qeyd edək ki, 1986-cı ildə Çernobıl qəzasından sonra atmosferin vəziyyətini izləmək üçün bu tip təyyarə Avropada yerləşdirilmişdi.