Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür

Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür

Tarix: 17 Yanvar 2020 10:44

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə baku.ws-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 20 Yanvar - Ümumxalq Hüzn günü iş günü hesab edilmir.


Etiketlər:  tarixdə Azərbaycanda qeyri günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ