Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gömrük rüsumlarının Azərbaycan dövlət büdcəsinə ödəmələri artıb

Gömrük rüsumlarının Azərbaycan dövlət büdcəsinə ödəmələri artıb

Tarix: 17 Yanvar 2020 11:28

Bakı. Eldar Canaşvili - Trend:

2019-cu ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 402,28 milyon manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Trend-in DGK-ə istinadən verdiyi məlumata görə, 2019-cu ilin dekabr ayında gömrük rüsumları 110,653 milyon manat və ya bütöv ödəmələrin 27,5 faizini, ƏDV - 269 milyon manat (66,9 faiz), aksiz vergiləri - 18.78 milyon manat (4.6 faiz), yol vergisi - 3.855 milyon manat (bir faizdən az) təşkil ediblər.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ay gömrük rüsumlarından daxilolmalar iki dəfə, ƏDV-dən 2,3 dəfə, yol vergisindən isə 5,9 faiz artıb.

Aksiz vergilərindən ödəmələr 20,6 faiz azalıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə ödəmələr dörd istiqamətdən formalaşır - gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gömrük rüsumlarının Azərbaycan dövlət büdcəsinə ödəmələri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ