Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 17:24
Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bir sıra KİV-lər bununla bağlı MSK-ya müraciət edib.
Buna görə də mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Təklif edilib ki, "ANS" telekanalı, "Olaylar" və "Gündəlik Teleqraf" qəzetləri qrupun tərkibindən çıxarılsın, "Azad Azərbaycan" TV, "Real" Təhlil və İnformasiya Mərkəzi ("Real" TV), "Report" İnformasiya Agentliyi və "Gündəlik Teleqraf" MMC-nin nümayəndələri MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibinə daxil edilsin.
Təklif səsə qoyularaq qəbul edilib.