Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 09:00
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi prosesi sabah başa çatır.
Sonxeber.net bildirir ki, "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"nın 2.1-ci bəndinə əsasən, "exit-poll" keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu səsvermə gününə ən azı 20 gün qalanadək başa çatmalıdır.
Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 20-dək başa çatır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə 2020-ci il yanvarın 30-dək qərar qəbul etməlidir.