Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 14:06
Bakı. Samir Əli - Trend:
Bakı-Qazax yolunda sürücü sükan arxasında ölüb.
Trend-in məlumatına görə, hadisə yolun 155-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.
Rusiya Federasiyası vətəndaşı olan milliyyətcə azərbaycanlı, Göyçay rayonunda müvəqqəti yaşayan, 1965-ci il təvəllüdlü Nasirov Elçin Şiralı oğlu idarə etdiyi "Mercedes" markalı 90 UE 314 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib. Sürücü avtomobili yolun kənarında saxlayıb, yolda xidmət edən yol polisinə müraciət edib.
Sürücünün halının pis olduğunu görən yol polisi dərhal əraziyə təcili tibbi yardım briqadası çağırıb. Briqada əraziyə çatana qədər sürücü sükan arxasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin