Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hər şey burnumdakı sızanaqdan başladı” – 8 dəfə onkoloji əməliyyat keçirən aparıcı

“Hər şey burnumdakı sızanaqdan başladı” – 8 dəfə onkoloji əməliyyat keçirən aparıcı

Tarix: 18 Yanvar 2020 19:09

Rusiyanın məşhur teleaparıcısı Kira Proşutinskaya bir neçə aydır xərçənglə mübarizə aparır. Bir müddət xəstəliyini gizlətsə də, artıq insanları bu mövzuda maarifləndirən qadın düzgün müalicə üçün nələr lazım olduğunu təbliğ edir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, hər şey bir neçə il öncə burnunun ucunda çıxan sızanaqdan sonra başladı. Həkimə getsə də, hətta yaxın professor belə heç nə olmadığını bildirib.

"Amma sızanağın daha da ağırlaşdığını görüb, terapevt məni Kaşirskiy onkoloji mərkəzinə göndərdilər. Orda burnuma baxan kimi dedilər: Bu vaxta qədər hardaydız, niyə gecikmisiz? Məni təcili əməliyyata aldılar. Ya öləcəkdim, ya da əlil olacaqdım. Hər şeyə hazır idim və çox qorxurdum".

Üzündə 8 əməliyyat keçirən qadın xəstəliyi geridə qoymağı bacardı.
74 yaşlı aparıcı indi də peşəsini davam etdirir, cəmiyyətə aktiv qatılır.

O, hər kəsi burunda olan ən xırda sızanağa qarşı diqqətli olnağa çağırır.


Etiketlər:  Hər şey burnumdakı sızanaqdan başladı dəfə onkoloji əməliyyat keçirən aparıcı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ