Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 04:40
Bakı. Trend:
Türkiyə xarici terrorçuları vətənlərinə deportasiya etməyə davam edir.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, terror qruplaşmalarının tərkibində silahlı münaqişələrdə iştirak edən 4 nəfər Almaniyaya deportaiya edilib.
Qeyd edilir ki, 2019-cu ilin noyabr ayının 11-dən Türkiyədən 179 xarici vətəndaş olan terrorçu deportasiya edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin