Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya Çempionatının ulduz səfiri Miri Yusif seçilib

Dünya Çempionatının ulduz səfiri Miri Yusif seçilib

Tarix: 16 May 2019 20:30

Bakı. Trend:

Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi Dünya Çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, Dünya Çempionatının daha bir səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır.

Hər iki ulduz səfir aprel ayında paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları böyük maraqla izləmişlər.


Etiketlər:  Dünya Çempionatının ulduz səfiri Miri Yusif seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ