Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Tarix: 19 Yanvar 2020 18:56

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 22 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib".

MSK sədri bildirib ki, hazırda bu proses davam edir və rəqəmlər artacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Parlament seçkilərində akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ