Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 19:09
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 92 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri deyib ki, indiyə qədər 23 min 423 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 22 746 müşahidəçi dairə seçki komissiyalarında, 677 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib".
MSK sədri bildirib ki, hazırda bu proses davam edir və rəqəmlər artacaq.