Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 11:20
Bu gecəni ölənə kimii unuda bilmərəm. 12 yaşım var idi. Anam bizi çarpayının altında gizlətmişdi.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı paylaşım edərək yazıb. O bildirib ki, həmin gecə xəsarət alanlar arasında müğənni Aysel Əlizadənin atası da olub:
"Sahib dayını ayağından yaralamışdılar. Şükür ki, yaşadı. Amma o gecənin səhərini Bakımız qanla açdı".
Qeyd edək ki, 1990-cı ilin 19-20 yanvar tarixlərində Bakıda 171 nəfər qətlə yetirilib, 800 insan ağır xəsarət alıb.