Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Siyəzəndə yol qəzası piyadanın ölümü ilə nəticələnib

Siyəzəndə yol qəzası piyadanın ölümü ilə nəticələnib

Tarix: 20 Yanvar 2020 16:34

Siyəzəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xaçmaz rayon sakini İftixar Ələsgərov idarə etdiyi 90 RC 234 dövlət nömrə nişanlı "Daewoo Nexia" markalı avtomobillə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 103-cü kilometrliyində piyadanı vurub. Qəza nəticəsində ağır xəsarət alan piyada, Siyəzən rayonunun Kiçik Həmyə kənd sakini, 56 yaşlı Niyyət Zeynalabdin oğlu Muradov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Siyəzəndə yol qəzası piyadanın ölümü ilə nəticələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ