Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 17:02
"Qranadan"ın futbolçusu Dimitri Folke La Liqanın 20-ci turunda "Barselona" ilə matçdan sonra (0:1) hakimlərdən şikayətlənib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən oyunda "Qranada"nın futbolçusu Cerman Sançes 69-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
Folke isə komanda yoldaşı üçün yanlış qərar verildiyini düşündüyünü bildirib. 26 yaşlı hücumçu “Nou Kamp”dakı görüşdə hakimlərin onlara qarşı haqsızlıq etdiklərini deyib: "Hər dəfə “Nou Kamp”a gələndə eyni şeylər olur. Mübarizə aparırıq, amma qalib gəlməyimizə icazə vermirlər. Hər bir şübhəli qərar "Barselona"nın lehinə verilir. Bizim kimi komandalara gülüb, keçirlər və hamımız onların milyonları üçün oynayırıq".
Xatırladaq ki, "Barselona" "Qranada" ilə matçda 76-ci dəqiqədə Lionel Messinin qolu ilə qalib gəlmişdi.