Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 10:08
Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci il üçün qlobal iqtisadi artım proqnozunu 3,3 faizə endirib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.
BVF-nin hesabatına əsasən, 2021-ci il üçün qlobal iqtisadi artım proqnozu 3,4%-ə qədər endirilib.
İnkişaf etməkdə olan ölkələrin 2020-2021-ci illər üçün proqnozu 0,2 faiz bəndi azaldılaraq müvafiq olaraq 4.4% və 4.6%-ə endirilib.
İnkişaf etmiş ölkələrin 2020-ci il üçün proqnozu 0,1 faiz bənd azalardılaraq 1,6%-ə qədər endirilib, 2021-ci il üçün isə 1,6% səviyyəsində saxlanılıb. Bundan əlavə, BVF Çinin 2020-ci il üçün iqtisadi artım proqnozunu 6%-ə qədər artırıb, 2021-ci il üçün isə 5,8%-ə qədər endirib.
ABŞ-ın 2020-ci il üçün iqtisadi artım proqnozu 2%-ə qədər endirilib, 2021-ci il üçün isə 1,7% səviyyəsində saxlanılıb.
Avrozonanın iqtisadi artım proqnozu 2020-ci il üçün 1,3%-ə endirilib, 2021-ci il üçün isə 1,4% səviyyəsində saxlanılıb.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında BVF qlobal iqtisadi artım proqnozunu 2019-cu il üçün 3%-ə, 2020-ci il üçün isə 3,4 faizə qədər endirmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin