Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 10:57
Bakı. Samir Əli - Trend:
Bakıda Ərəbistan vətəndaşları qarət olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb. Hər iki şəxs hüquq mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin