Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib

Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib

Tarix: 21 Yanvar 2020 13:18

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

“Hörmətli Mixail Solomonoviç,

70 illik yubileyinizlə əlaqədar mənim səmimi-qəlbdən təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.

Sizin geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə layiqli nüfuz və hörmət qazandırıb. Xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində əvəzsiz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyətin formulu” verilişi bütün dünyada tamaşaçı auditoriyası arasında çox populyardır.

Azərbaycanda Sizi sevir və dəyər verirlər. Siz uzun müddət ərzində Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə geniş töhfə verirsiniz və bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xidmət edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, gələcək yaradıcılıq uğurları, ən xoş arzulayıram”.


Etiketlər:  Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ