Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 15:40
Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İrəvanın "Politik.am" saytı yayıb.
Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur "Mollak" qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.
11 fevral 1998-ci ildə Nikol Paşinyan "Ermənilər və azərbaycanlılar - xoşbəxt xalqlar" başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib. O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.
Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: "20 yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim".