Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Donald Tramp Dünya İqtisadi Forumunda açılış nitqini söyləyib

Donald Tramp Dünya İqtisadi Forumunda açılış nitqini söyləyib

Tarix: 21 Yanvar 2020 21:40

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda açılış nitqini söyləyən ABŞ prezidenti Donald Tramp iki böyük ticarət razılığının əldə edildiyini bəyan edərək, "Amerikanın bir daha qalib gəldiyini" vurğulayıb.

Tramp Çinlə ticarət razılığının ilk mərhələsi və Senatın Kanada və Meksika ilə yeni ticarət sazişinin təsdiqlənməsi də daxil olmaqla, orta sinif işçiləri və şirkətlər üçün əldə edilən nailiyyətlərə toxunub.

"İki il əvvəl bu forumda çıxış edərkən sizə demişdim ki, Amerikanın böyük qayıdışına başladıq. Bu gün fəxrlə deyirəm ki, Birləşmiş Ştatlar dünyada heç görülməyən iqtisadi bumu yaşayır" - deyə, Tramp bildirib.

O, digər ölkələri də onun yolu ilə getməyə və vətəndaşlarını "sarsıdıcı bürokratiyadan" azad etməyə çağırıb.

Tramp eləcə də diqqəti "apokalipsis və qiyamət proqnozları verən peyğəmbərləri" rədd etməyə və diqqəti iqtisadiyyatın inkişafına yönəltməyə çağırıb.

"Onlar 60-cı illərdə həddindən artıq əhali artımı böhranın olacağını, 70-ci illərdə kütləvi aclığın olacağını, 90-cı illərdə neftin bitəcəyini proqnozlaşdırmışdılar. Bu təşviş yaradan insanlar həmişə eyni şeyi tələb edir: həyatımızın bütün sahələrinə hakim olmaq, dəyişmək və nəzarət etmək üçün mütləq güc. Biz heç vaxt radikal sosialistlərin iqtisadiyyatımızı məhv etmələrinə, ölkəmizi dağıtmalarına və azadlığımızı aradan qaldırmalarına imkan verməyəcəyik" - deyə, Tramp bildirib.

Trampın çıxışından qısa müddət sonra "iqlim apokalipsindən" qaçınmaqla bağlı müzakirə aparacaq ətraf mühit fəalı Qreta Tunberqlə bağlı suala cavab olaraq ABŞ lideri özünü "ətraf mühitə çox inanan" bir şəxs adlandırıb və təmiz hava və su istədiyini söyləyib.

Milli.Az


Etiketlər:  Donald Tramp Dünya İqtisadi Forumunda açılış nitqini söyləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ