Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 04:27
Bakı. Trend:
Viktor Hüqonun yazdığı şeir Fransanın şərqindəki yazıçının adını daşıyan kolecdə təsadüfən aşkar edilib.
Trend-in məlumatına görə, kolecin işçiləri arxiv sənədləri və mühasibat hesabları saxlanılan dolabların birində Viktor Hüqo tərəfindən imzalanmış "hər kəsin unutduğu" nadir bir əlyazmaya rast gəliblər. hadisə, yeni il ərəfəsində ümumi təmizləmə işləri aparılan zaman baş verib.
Əlyazmanın təxminən 150 yaşı olsada çox yaxşı vəziyyətdə qalması bildirilir. Hazırda aşkar edilən raritet şüşə altına qoyularaq tədris mərkəzinin direktor otağının divarlarından birini bəzəyir.
Tapılan əlyazmadakı şeir "Kasıb uşaqlar" adlanır. Kolec bu əlyazmanı 1951-ci ildə əldə edib.
Məlumata görə, müəllif doğma şəhəri olan Bezansonda əlyazmanı kasıb uşaqlara yardım məqsədi ilə keçirilən lotereyaya həiyyə edib. Məlum olmayan bukinist həmin əlyazmanı lotereyanın qalibinin oğlundan satın alıb və 1951-ci ildə Viktor Hüqonun adını daşıyan kolecə 6 min franka satıb.
Əlyazmadakı şeir 1837-ci ildə dərc edilmiş "Daxili səslər" yığmasından olan "Dieu est toujours là" (Tanrı hər zaman burdadır) əsərinin bir hissəsidir.
Besancondakı kolec, Fransada Viktor Hüqo adını daşıyan ilk təhsil müəssisəsidir. Bu ad kolecə 1885-ci ildə yazıçının dəfnindən bir gün sonra verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin