Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Tarix: 22 Yanvar 2020 10:18

Bakı. Samir Əli - Trend:

Bakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 saylı ünvanda qeydə alınıb.

Həmin ünvandakı yaşayış binasında "İKMA services" MMC tərəfindən liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib.

Hadisə nəticəsində şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.


Etiketlər:  Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ