Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Almeyda meydanda əsl liderdir'' - Şefer

''Almeyda meydanda əsl liderdir'' -  Şefer

Tarix: 22 Yanvar 2020 15:12

"Baniyas"ın (BƏƏ) baş məşqçisi Vinfrid Şefer yeni transfer Riçard Almeyda haqda danışıb.

Qol.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis braziliyalı yarımmüdafiəçinin komanda üçün dəyərli əlavə olduğunu bildirib:

"Almeydanın böyük təcrübəsi var və biz də yeni oyunçudan məhz bunu istəyirdik. O, Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir" - deyə Şefer qeyd edib.

Xatırladaq ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən millimizin üzvü 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.
 


Etiketlər:  Almeyda meydanda əsl liderdir Şefer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ