Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 22:15
"Kişi meymundan bir az fərqlənsə yaxşıdır. Əsas qadınlar gözəl olsun. Ədalətlə (Əməkdar artist Ədalət Şükürov - red.) dünyanın yarıdan çoxunu gəzmişik. Braziliya və Mərakeşi çıxsaq, dünyanın ən gözəl xanımları Azərbaycandadır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli tədbirlərin birində deyib. Media nümayəndələrinin suallarını cavablandıran sənətçi əvvəlcə gözəllikdən danışıb.
Məhərrəmli daha sonra bir neçə gün əvvəl efirdə həmkarı Xatirə İslamın ünvanına işlətdiyi qeyri-etik ifadədən söz açıb. O bildirib ki, elə bir söz işlətməyib:
"Efirdə elə cümlə işlətmərəm. Dediyim tək söz bu olub ki, Xatirə, üzünü niyə çevirirsən? Danışığını bilən insanam. Buna savadım, təfəkkürüm çatır.
Bunu isə təxribat kimi qiymətləndirirəm. Mənim səsimin üstünə başqa səs yazılıb, o cür yayılıb. Buna görə də bu söhbəti çox uzatmayacam".
Qeyd edək ki, V.Məhərrəmli "Şou ATV" verilişində qonaq olarkən Xatirənin ünvanına dediyi sözlər söyüşə yozulmuşdu.