Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdlibdə silahlılar Suriya ordusuna hücum ediblər

İdlibdə silahlılar Suriya ordusuna hücum ediblər

Tarix: 22 Yanvar 2020 22:26

Silahlılar Suriyadakı İdlib de-eskalasiya zonasında hökumət qüvvələrinə üç dəfə hücum ediblər, bütün hücumlar dəf edilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiyanın Suriyadakı barışıq üzrə mərkəzinin rəhbəri Yuri Borenkov bildirib.

Y.Borenkov deyib: "Yanvarın 22-də İdlib əyalətində fəaliyyət göstərən "Türküstan İslam Partiyasının" terror qruplaşmasının birləşmələri hökumət qoşunlarına üç dəfə hücum edib".

Mərkəz rəhbəri bildirib ki, Herbet-Maazian-Faran istiqamətində dörd silahlanmış pikapın dəstəyi ilə 30 silahlı şəxs Suriyanın mövqelərini gözlənilməz bir hücumla ələ keçirməyə cəhd göstərib. Hücum dəf edilib, 3 nəfər öldürülüb, 7 terrorçu yaralanıb. 3 Suriyalı əsgər həlak olub, səkkizi isə yaralanıb.

Hücum eyni zamanda Qadf - Əbu Dafna istiqamətində edilib, 10-a qədər silahlı şəxs ağır pulemyotlu dörd pikap dəstəyi ilə Suriya HQ mövqelərinə hücum edib. Hücum dəf edilib. İki silahlı məhv edilib, beş nəfər yaralanıb. Üç Suriya hərbçisi ölüb, 8 nəfər isə yaralanıb.

Ayrıca Deyr El Qaroy - Maysruna istiqamətində 20-dək silahlı şəxs El Təh kəndinə keçməyə cəhd göstərib. Onlar dəf edilib. Bir silahlı məhv edilib, üçü isə yaralanıb. İki Suriya hərbçisi öldürülüb, beşi yaralanıb.


Etiketlər:  İdlibdə silahlılar Suriya ordusuna hücum ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ