Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 09:20
Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət Turizm Agentliyi futbol üzrə 2020-ci il Avropa çempionatında iştirak etmək üçün Bakıya gələcək Uels komandasının bəzi fanatlarının hotellərdə bron etdiyi yerlərin ləğv edilməsi və qiymətlərin qaldırılması barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata münasibət bildirib.
Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Trend-ə açıqlamasında belə hallar barədə məlumatının olduğunu bildirib.
Lakin o, bu məsələnin artıq nəzarətdə olduğunu, tezliklə həll ediləcəyini söyləyib:
“Biz çalışacağıq ki, digər strukturlarla birlikdə bu problemi həll edək və futbol pərəstişkarları məmnun qalsınlar. Qonaqpərvər ölkə olan Azərbaycanın bu tip tədbirlər keçirmək təcrübəsi böyükdür. Azərbaycanda artıq Avropa oyunları, Formula 1, UEFA Avropa Liqasının finalı və s. keçirilib. İndiyədək bütün problemlər yoluna qoyulub və əlbəttə ki, bu məsələ də öz həllini tapacaq”.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə bəzi Uels fanatlarının hotellərdəki bronlarının ləğv edildiyi və yerlərin qiymətlərinin bahalaşması barədə məlumat yayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin