Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 17:14
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində namizədlərə sosial şəbəkələrlə bağlı dəfələrlə müraciət etmişik.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.pənahov bildirib ki, namizədlər sosial şəbəkələrdə təşviqat zamanı Seçki məcəlləsinin tələbinə uyğun hərkət etməlidir: “Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin