Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 19:12
Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.