Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 15:51
Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycan və ABŞ etibarlı tərəfdaşlardır.
Trend-in məlumatına görə, bunu ABŞ Dövlət katibi köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə birinci müavini Piter Haas ABŞ və Azərbaycan arasında hökumətlərarası komissiyanın Bakıdakı iclasında deyib.
P.Haas qeyd edib ki, ABŞ energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları və digər sahələrdə Azərhaycanla əməkdaşlıq etməyə hazırdır:
“Biz Azərbaycanda hüquqi sistemin gücləndirilməsi və əqli mülkiyyət məsələlərini müzakirə edəcəyik”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin