Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Parlamenti Komitəsi ''Brexit''i təqdir edib

Avropa Parlamenti Komitəsi ''Brexit''i təqdir edib

Tarix: 24 Yanvar 2020 08:36

Avropa Parlamentinin konstitusiya məsələləri üzrə Komitəsi təcili iclasda Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə razılaşmanı ("Brexit") təqdir edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Komitənin 26 üzvündən 23-ü sənədin lehinə, 3-ü isə əlehinə səs verib.

Bildirilir ki, Avropa Parlamentinin plenar iclası razılaşma üzrə yanvarın 29-u səsvermə keçirəcək və bundan dərhal sonra sənəd Avropa İttifaqı Şurası tərəfindən formal olaraq təsdiq ediləcək.

Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-i tərk edəcək.


Etiketlər:  Avropa Parlamenti Komitəsi Brexiti təqdir edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ