Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda yol polisini bıçaqlayanlar həbsdə saxlanıldı

Bakıda yol polisini bıçaqlayanlar həbsdə saxlanıldı

Tarix: 24 Yanvar 2020 11:56

Bakı Apellyasiya Məhkəməsində Bakıda yol polisi əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Elçin İbrahimov və Elman Sadıxovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə təqsirləndirilən şəxslərin apellyasiya şikayətini təmin etməyib.

İttihama görə, 2018-ci il iyunun 14-də Maştağa qəsəbəsində E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. Sürücü yol polisinin tələbinə əməl etməyərək əvvəlcə maşını DYP avtomobilinə bir neçə dəfə vurub. Daha sonra isə onlar yol polisi əməkdaşı Babək Qəmbərova ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd, dövlət nümayəndəsinə zor tətbiqetmə, narkotik, qanunsuz silah gəzdirmə maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 17 il və E.Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Etiketlər:  Bakıda yol polisini bıçaqlayanlar həbsdə saxlanıldı


RƏYLƏR