Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ETSN: Mingəçevir su anbarının səviyyəsi aşağı düşüb (FOTO)

ETSN: Mingəçevir su anbarının səviyyəsi aşağı düşüb (FOTO)

Tarix: 24 Yanvar 2020 12:56

Bakı. Samir Əli - Trend:

Hazırda çaylarda azsulu dövr müşahidə olunur. Lənkaran-Astara bölgəsinin bəzi çayları istisna olmaqla digər çaylarda sululuq keçən illə müqayisədə azdır.

Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, o cümlədən transsərhəd çaylarında, xüsusən də Qanıx çayında sululuq keçən illə müqayisədə azdır: "Yanvar ayının 1-ci yarısında Kür çayının Qıraqkəsəmən məntəqəsində sululuq normanın 68 (2019-cu ildə 80 fazini), Araz çayının Qıvraq məntəqəsində sululuq normanın 81 (2019-cu ildə 85 fazini), Qanıx çayının Əyriçay məntəqəsində isə sululuq normanın 41 faizini (2019-cu ildə 97 fazini) təşkil edib.

Hazırda respublika ərazisində ən böyük su anbarı olan Mingəçevir su anbarının səviyyəsi 68,13 metr təşkil edir ki, bu da keçən illə müqayisədə 2,43 metr aşağıdır. Anbarda səviyyənin xeyli aşağı olması anbarın doldurulmasında mühüm rol oynayan Kür və Qanıx transsərhəd çaylarında son dövrdə azsulu illərin müşahidə olunması ilə əlaqədardır".

U.Tağıyeva bildirib ki, su ehtiyatlarının vəziyyəti narahatedici məsələlərdən biridir: "Əhalinin artımı və iqtisadiyyatın inkisafı şəraitində dünyada su ehtiyatlarından istifadə sürətlə artır və su təminatı pisləşir. İqlim dəyişmələri nəticəsində bu problem daha da kəskinləşir. Hazırda dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və yaxın onilliklərdə bu problemin artacağı proqnozlaşdırılır.

İqlimin dəyişməsi ölkəmizdə də baş verir. Araşdırmalara əsasən, Azərbaycanda su ehtiyatları gözlənilən iqlim dəyişmələrinin təsirlərinə daha həssasdır. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Aydındır ki, iqlim dəyişmələri təsirlərinin qarşısını alımaq mümkün deyil, lakin onların fəsadlarını nisbətən yumşaltmaq olar. Digər tərəfdən, su itkilərinin miqyası böyükdür.

Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir".

ETSN: Mingəçevir su anbarının səviyyəsi aşağı düşüb (FOTO) ETSN: Mingəçevir su anbarının səviyyəsi aşağı düşüb (FOTO) ETSN: Mingəçevir su anbarının səviyyəsi aşağı düşüb (FOTO) ETSN: Mingəçevir su anbarının səviyyəsi aşağı düşüb (FOTO)


Etiketlər:  ETSN Mingəçevir anbarının səviyyəsi aşağı düşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ