Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində 10 şəhərdə ictimai nəqliyyatın hərəkətinə fasilə verilib - VİRUS

Çində 10 şəhərdə ictimai nəqliyyatın hərəkətinə fasilə verilib - VİRUS

Tarix: 24 Yanvar 2020 21:46

Çinin Hubey əyalətinin 10 şəhərində koronavirusun yeni növünün yayılması səbəbindən ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ictimai nəqliyyatın hərəkəti Uxan, Çibi, Eçjou, Huanqan, Syantao, Çjitszyan, Tsyantszyan, Xuanşi, Enşi və Syannin şəhərlərində dayandırılıb.

Uxan şəhərində daha ciddi karantin tətbiq edilir. Burada ötən gün saat 10:00-dan ictimai nəqliyyat, aviareyslər və dəmiryolu əlaqəsi bağlanıb. Eçjou şəhərində də ötən gün səhər saatlarından dəmiryolu əlaqəsi bağlanıb.

Syantao şəhərində yanvarın 23-ü saat 17:00-dan bütün avtobusların və su nəqliyyatının hərəkəti dayandırılıb. Çjitszyan şəhərində də eyni saatdan şəhərlərarası avtobusların hərəkəti dayandırılıb, şəhərdə yalnız supermarketlər, xəstəxanalar, bazarlar, yanacaqdoldurma məntəqələri, apteklər işləyir.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 849 nəfər yoluxub, 26 nəfər isə ölüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Milli.Az


Etiketlər:  Çində şəhərdə ictimai nəqliyyatın hərəkətinə fasilə verilib VİRUS


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ