Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 10:06
Bakı. Samir Əli - Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb.
Birlikdən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb:
"Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar".
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 107 saylı marşrut avtobusu qəzya uğrayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin