Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 11:24
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində səsvermə prosesini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 32 üzvündən ibarət nümayəndə heyəti ölkəmizə gələcək.
Trend-in Secki-2020.az-a istinadən məlumatına görə, bu barədə AŞ PA-nın seçkiqabağı nümayəndə heyəti yanvarın 22-23-də ölkəmizə edilən səfərdən sonra bəyan edib.
Bəyanatda deyilir: “Dövlət qurumlarının nümayəndələri seçkilərin AŞ PA nümayəndə heyəti tərəfindən izlənməsini alqışladılar və seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üzrə siyasi iradənin olduğunu vurğuladılar”.
Nümayəndə heyətindən qeyd edilib ki, seçkilər və onların müşahidəsi yalnız səsvermə gününə aid deyil, bütün seçki prosesini qiymətləndirmək üçün təhlil olunmalı və qiymətləndirilməli olan bir neçə mərhələdən ibarət prosesdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin