Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Tarix: 25 Yanvar 2020 14:12

"ADY Konteyner" MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə Azərbaycan karbamidinin Türkiyəyə növbəti nəqlini həyata keçirib.

"ADY Konteyner" MMC-dən Trend-ə verilən məlumata görə, "SOCAR Karbamid" zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq. Daşımanı "ADY Konteyner" MMC həyata keçirir. Ümumilikdə 1000 ton karbamidin Türkiyədəki alıcıları "SIRKENLI TARIM URUNLERI TIC VE SAN A.S." və "VOLTRADE Ithalat Ihracat San. Ve TIC. A.S." şirkətləridir. Bu gün "ADY Konteyner" MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatar 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

Növbəti aylar ərzində bu marşrutla Türkiyəyə ümumilikdə 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Tbilisi Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ