Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda iş axtaran Türkiyə vətəndaşlarının sayı kəskin azalıb

Azərbaycanda iş axtaran Türkiyə vətəndaşlarının sayı kəskin azalıb

Tarix: 17 May 2019 20:00

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin aprelində Türkiyədən Azərbaycana Türkiyə Məşğulluq Xidmətinin (İŞKUR) xətti ilə iş axtarmağa gələnlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 61,9 faiz azalıb.

Bu barədə Trend-ə İŞKUR-dan məlumat verilib.

Qeyd olunub ki, aprel ayında İŞKUR vasitəsilə Azərbaycana 8 Türkiyə vətəndaşı gəlib.

Ümumilikdə Türkiyədən 6 867 vətəndaş xarici ölkələrə yollanıb ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 14,9 faiz azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda axtaran Türkiyə vətəndaşlarının sayı kəskin azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ