Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 23:15
Tibdə çox vaxt öd, sidik kisəsi, böyrəklərdə daşlardan danışılır, xəstələr də bu orqanlarda daş axtarır. Amma bizim ən kiçik orqanlarımızdan biri mədəaltı vəzidə də daşlar yaranırmış və belə bir fakt, diaqnoz tibdə var. Mədəaltı vəzin iltihabi xəstəliyi pankreatitin də səbəblərindən biri vəzidə daşların olmasıdır.
Sonxeber.net medicina.az-a istinadən son zamanlar çox rast gəlinən mədəaltı vəz daşlarının yaranma səbəbləri və necə təyin olunmasını təqdim edir.
Mədəaltı vəzidə daş kimi görünən cisimlərə kalsinatlar deyilir. Mədəaltı vəzidə kalsinatlar aşkarlandıqda diaqnoz olaraq Pankreolitiaz qoyulur.
Dəqiq yaranma səbəbi tibbə məlum olmasa da, bir sıra faktorlar daşlara yarada bilir:
- Piylənmə
- Siqaret
- İçki
- Mədəaltı vəz axarlarının tutulması
- Xolesistit, pankreatit
- Oturaq həyat
- 40 yaşdan sonra yaş faktoru
- Diabet
- Uzun müddətli acqalma və dietalar
- Böyrəklərin xəstəlikləri
- Dərman və hormonal dərmanlar qəbulu
- İrsi genetik
- Naməlum səbəblər
Diaqnoz:
Yaxşı USM mütəxəssis elə UZİ müayinə zamanı daşları, kalsinatları görməlidir. Daha sonra KT ilə yeri dəqiqləşdirilir
Əlamətləri:
Uzun müddətli, güclü ağrılar, mədə altından başlayıb qarın və kürəyə yayılan tutmalar
Arıqlama, iştahsızlıq, titrətmə və s.
Müalicə üçün xüsusi dərman terapiya seçilir və dieta təyin olunur. Ağır hallarda əməliyyat olunur.