Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 23:48
Bakı. Trend:
Türkiyənin Elazığ vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələ Sivridcdə yerli vaxtla saat 19:30-da baş verib.
Zəlzələlərin ocağı 15,71 kilometr dərinlikdə yerləşib.
14 dəqiqədən sonra ərazidə daha bir zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 4,4 təşkil edib.
Həmçinin bildirilib ki, 2 dəqiqədən sonra 4.5 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.
Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.
Ölənlər arasında azərbaycanlı yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin