Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO)

Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO)

Tarix: 26 Yanvar 2020 04:25

Bakı. Trend:

Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun 80 illiyinə həsr olunmuş gecə təşkil edilib.

Trend-in məlumatına görə, tədbirdə Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək unudulmaz ifaçının yaradıcılığından söz açdı. Bildirdi ki, uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli Qədimov 14 yaşında artıq özfəaliyyət kollektivində iştirak etməyə başlayıb. 1970-ci ildə o, Baba Salahovun, 1981-cü ildə Xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutub. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanıb. İfaçının yüksək sənətkarlığı dövlətimiz tərəfindən qiymətləndirilib. 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adların layiq görülmüşdür.

Tədbirdə Xalq artistləri Aftandil İsrafilov, Fikrət Verdiyev, Sadıq Zərbəliyev, Ramiz Quliyev, Zamiq Əliyev sənətkarla bağlı xatirələrini bölüşdülər.

Vurğulandı ki, Azərbaycan musiqi tarixinə adını silinməz hərflərlə həkk edən sənətkarlar az olmayıb. Belə unudulmaz musiqiçilərdən biri də Vəli Qədimov idi. O, xalqın sevimli artistinə çevrilənədək sənət yolunda fədakarlıq göstərmiş Xalq artisti Zeynəb Xanlarova ilə illər boyu çiyin-çiyinə çalışmış, eyni səhnədə könülləri riqqətə gətirən musiqilərimizi qanadlandırmışdır.

Konsert proqramında sənətkarın Qizil fondda qorunan ifaları ilə yanaşı tanınmış xanəndələr vaxtilə sənətkarın müşayiəti ilə səslənən musiqi parçalarını təqdim etdilər. Ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiət edirdi.

Tədbirin sonunda Vəli Qədimovun qızı Xalidə Qədimova çıxış edərək atasının xatirəsinin əziz tutub yubiley gecəsinə gələn qonaqlara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Qeyd edək ki, BMM mütəmadi olaraq görkəmli muğam ifaçıları, musiqi sənətimizdə iz qoyan sənətkarların xatirəsinə həsr olunan gecələr təşkil edir. Bu gunə kimi muğam sənətimizdə xidmətləri olan xanəndələrlə yanaşı instrumental ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin xatirəsi yad edilib.

Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO) Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı, Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi (FOTO/VİDEO)


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzində unudulmaz klarnet ifaçısı Xalq artisti Vəli Qədimovun 80 illiyi qeyd edildi FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ