Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 08:18
Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb, ölənlərin sayı 56-ya qədər yüksəlib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə İşləri üzrə Komitəsi bildirib.
Məlumata əsasən, 324 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilib.
Bildirilib ki, təxminən 2,7 min insan virusa yoluxmuş ola bilər, ancaq onların diaqnozu hələ təsdiqlənməmişdir.
Çində təxminən 21,5 min insan yoluxmuş insanlarla yaxın təmasda olub və həkimlərin nəzarəti altındadır.