Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 09:50
"Çelsi"nin baş məşqçisi Frenk Lempard komandanın hazırkı durumu haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "zadəganlar"ın yeni oyunçulara ehtiyacı olduğunu deyib: "Yayda cəzalandıq. Hələ də bunun çətinliyini çəkirik. Klub tarixinin ən yaxşı futbolçularından birini- Hazardı itirdik. Mənim vəzifəm hər gün məşqlərdə çalışmaq, oyunçuları daha da yaxşı inkişaf etdirməkdir. İndi irəliləmək üçün transferlərə ehtiyacımız var. Pul mənim problemim deyil. Dürüst və açıq danışmalıyam".
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 40 xalla 4-cü yeri tutur.