Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz

Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz

Tarix: 18 May 2019 11:40

Bakı. İlhamə İsabalayeva - Trend:

Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

H.Hüseynova qeyd edib ki, gender bərabərliyi Azərbaycanın siyasətində həmişə önəmli yer tutub: "Bizə yalnız qadınlar deyil, kişilər də müraciət edirlər. Çünki biz cəmiyyətdə bərabərliyi qorumaq istəyirik. Bu gün artıq gender bərabərliyi Azərbaycan cəmiyyətin də mühüm amil kimi qəbul edilir".

Komitə sədri cəmiyyətin inkişaf etməsi üçün qadınların inkişafını çox vacib sayıb: "Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından da danışmaq olmaz. Qadınların özünəinamı, peşəsini düzgün seçməsi vacibdir. Bu gün hansısa peşədə qadınların sayı kişilərə nisbətən daha çoxdur. Məsələn, təhsil, mədəniyyət və səhiyyə sahəsində qadınların sayı hər zaman çox olub. Amma yüksək vəzifələrdə daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini azaldır”.

H.Hüseynova əlavə edib ki, dünyada Dayanıqlı İnkişaf Məqsədləri üzrə hədəflərə Azərbaycan qədər nail olmağa çalışan və buna ciddi yanaşan çox az ölkə var.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə ölkənin demoqrafik inkişafından danışmaq olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ