Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 17:48
Bəzi namizədlər bir-birilərinə qarşı iradlar tutub sosial şəbəkələrdə yayırlar.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, yerlərdə bir namizəd digər bir namizədi görəndə qrup halında ona irad tutub, sonra da bunu sosial şəbəkələrdə yayaraq mübarizə aparır: "Bu cür mübarizə yolverilməzdir. Biz istəmirik ki, belə şeyləri deyək, amma məcburuq".
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.