Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 09:09
Bakı. Trend:
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Afət Həsənovanın seçiciləri ilə görüşləri davam edir.
Trend-in məlumatına əsasən, seçicilərlə növbəti səmimi görüş Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində keçirildi.
Afət Həsənova görüşdə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasətində əldə edilən hər bir uğurun Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürü oldunu bildirdi. O, həmçinin görüşdə özü haqqında da məlumat verdi, təklif və problemləri dinlənildi, onları maraqlandıran sualları cavablandırdı. Onları 9 fevralda seçiciləri səsvermə günü fəal olmağa çağırdı.
Seçicilər həyata keçirilən islahatların hər bir Azərbaycan vətəndaşı kimi onları da əhatə etdiyini, Respublikanın inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasını Milli Məclisə seçkilərdə dəstəklədiklərini, həmin partiyanın namizədi Afət Həsənovaya yekdilliklə səs verəcəklərini bildirdilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin