Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 13:44
Bakı. Trend:
Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd Səməd Seyidov parlament seçkilərinin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlərini keçirib.
Trend-in məlumatına görə, görüşlər Qazaxın Birinci Şıxlı və İkinci Şıxlı kəndlərində baş tutub.
Yüksək səviyyədə keçirilən görüşlərdə deputatlığa namizəd Səməd Seyidov YAP-ın seçki proqramı haqqında məlumat verib.
YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin sədri Həmid Pənahov çıxış edərək seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.
Görüş zamanı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədi Səməd Seyidova səs verəcəklərini bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin