Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 16:16
Bu gün Türkiyənin Manisa vilayətində 5.1 gücündə zəlzələ olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb. Bildirilir ki, yerli vaxtla 14:26-da qeydə alınan zəlzələ ətraf ərazilərdə - İzmir, Çanakkala, Aydın, Balıkesir, İstanbul şəhərlərində də hiss edilib.
Əhalinin təşvişə düşdüyü deyilir.
Dünən də Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olmuşdu.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.