Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 10:27
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin R.Bədəlov adına 9 saylı tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Trend-in məlumatına əsasən, tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Lənkəran Şəhər Təhsil Şöbəsi əməkdaşları, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər. Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Fundamental hüquqlar” mövzusunda çıxış edib.
Tədbirdə gənclərin narkomaniyadan, digər zərərli vərdişlərdən, yad ideoloji təsirlərdən qorunmasının, onların milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmalarının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin