Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir?

Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir?

Tarix: 29 Yanvar 2020 12:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələrini açıqlayıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, özünüzü və başqalarını xəstəlikdən qorumaq üçün öskürdükdən və asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayarkən (əvvəl və sonra), tualet istifadəsindən sonra, əllər vizual olaraq çirkli göründükdə, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllər sabun ilə yuyulmalıdır:

"Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün. İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın. Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun. Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin, qida təhlükəsizliyini tətbiq edin, çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin. Bununla yanaşı, əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun, qida təhlükəsizliyini tətbiq edin".

Tövsiyələrdə qeyd edilir ki, xəstə və ölü heyvanlar yeyilməməlidir. Xəstəliyin alovlanması baş verən bölgələrdə belə, ət məhsulları tam bişirilərsə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər:

"Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin. Heyvanlara və heyvan məhsullarına toxunduqdan dərhal sonra tez-tez əllərinizi sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin. İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın. Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin və bununla da koronavirus infeksiyası riskini azaldın".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Koronavirusa yoluxmamaq üçün nələrə əməl edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ